Cybertruckı partladan amerikalı cinayəti ChatGPT vasitəsilə hazırlayıb | Icma.az
Icma.az, Oxu.az saytına istinadən bildirir. "Tesla Cybertruck" elektromobilini Las-Veqasda (Nevada ştatı) ABŞ-nin yeni seçilmiş Prezidenti D
Oxu.Az-ın NBC-yə istinadən verdiyi məlumata görə, bu barədə şəhər polisinin şerifi Kevin Makmahill məlumat verib.
Bildirilir ki, şübhəli şəxs Metyu Livelsberger süni intellekt vasitəsilə ona nə qədər partlayıcı lazım olacağını və harada fişəng ala biləcəyini öyrənməyə çalışıb.
"Bizdə şübhəli şəxsin hücumu planlaşdırmaq üçün "ChatGPT" süni intellektindən istifadə etdiyinə dair sübutlar var", - deyə şerif bildirib.
Şerif qeyd edib ki, bu, ABŞ ərazisində "ChatGPT"dən bu məqsədlə istifadənin ona məlum olan ilk halıdır.
"Biz başa düşürdük ki, süni intellekt bu və ya digər şəkildə həyatımıza dəyişikliklər gətirəcək", - deyə Makmahill əlavə edib.
Polis şübhəli şəxsin sorğularına süni intellektin hansı cavabları verdiyini açıqlamayıb.
"ChatGPT"ni hazırlayan "OpenAI" şirkətinin nümayəndəsi bildirib ki, onların süni intellekt modelləri cinayətlərin planlaşdırılması üçün nəzərdə tutulmayıb və qanunsuz hərəkətlərdən çəkindirir.
Tam oxu
Xəbəri oxu