D 8 Katibliyi: Azərbaycan təşkilata qoşulma prosedurunu tamamlayıb | Icma.az
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan İstanbulda (Türkiyə) İqtisadi Əməkdaşlıq Təşkilatının Katibliyinə D-8 Nizamnaməsinin ratifikasiyası ilə bağlı sənədləri rəsmi olaraq təqdim edib və bununla da təşkilata qoşulma prosesini tamamlayıb.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə D-8 Katibliyinin mətbuat açıqlamasında bildirilib.
Məlumatda qeyd olunub ki, Azərbaycan martın 19-da D-8 Nizamnaməsinin ratifikasiyası ilə bağlı sənədləri təqdim edib.
Xatırladaq ki, 2024-cü il dekabrın 19-da Qahirədə (Misir) keçirilən D-8 üzv ölkələrinin dövlət və hökumət başçılarının XI Sammitində Azərbaycan yekdilliklə bu təşkilatın üzvü seçilib.
Bizim Telegram kan Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu