D vitamini böyüklərə də doza ilə verilməlidir

27.04.2025

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Uşaqlara D vitamini vermək onların sağlamlığı üçün önəmlidir. 

D vitamini, orqanizmdə kalsium və fosforun udulmasına kömək edir və sümük inkişafını dəstəkləyir. 

D vitamini çatışmazlığı çox ciddi problemlərə səbəb ola bilər.

Valideynlər bəzən yeri gəldi gəlmədi uşaqlara D vitamini verirlər. 

Valideynlərin uşaqlara yeri gəldi-gəlmədi D vitamini verməsi sağlamlığa hansı fəsadları yarada bilər?

Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı Sherg.az-a açıqlamasında bildirib ki, D vitamini nəinki uşaqlara, hətta böyüklərə də doza ilə verilməlidir:

“Hər kəsin yaşına, qanda olan vitamin əksikliyinə görə vitamin D-nin dozaları təyin olunur. Təəssüf ki, müraciət edən pasientlərin çoxu deyir ki, özümüz aptekdən alıb içirik. Vitamin D əksikliyi yaddaş zəifliyi, xərcəng hüceyrələri və 12 xəstəliyin yaranmasına səbəb olur. Həmçinin vitamin D çoxluğu böyrək, qaraciyər və ürəkçatışmamazlığı kimi problemlər yaradır. Ona görə də yaşından asılı olmayaraq hər kəs vitamin D-nin qanda faizini bilməlidir. Apteklərdə çoxlu sayda və dozada vitamin D var. Hər yaş dövrünə görə damcı ilə gündəlik və həftəlik dozada içilir.  Bizim insanlar bunu bazardan meyvə almış kimi qəbul edirlər. Azərbaycanda təəssüf ki, vitamin D-ni yoxlanış edilmədən aptekdən alaraq qəbul edilir. Hər bir insan kalsium, maqnezium və D vitaminini yoxladaraq müayinə olunmalıdır. Onun miqdarına əsasən dozaları və içilmə müddəti təyin edilməlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью