D vitamini haqqında mif dağıdıldı

16.11.2024

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oklend və Aberdin universitetlərinin mütəxəssisləri D vitamininin insanın sümüklərinin bərkiməsində heç bir rol oynamadığını qeyd ediblər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, alimlərin bu kəşfinə qədər D vitamininin sümüklərin bərkiməsinə kömək etdiyi deyilirdi. Guya ki, bu vitamin mədə-bağırsaq traktında kalsium və maqneziumun birləşdirilməsi funksiyasını yerinə yetirirmiş. Ona görə də, mütəxəssislər D vitamin ilə yanaşı kalsiumun də qəbul edilməsini məsləhət görürlər.

Məlum olub ki, şimal ərazilərində yaşayan insanlar günəş şüalarını az gördükləri və orqanizmlərində D vitamini çatışmadığı üçün bioloji aktiv əlavələrdən istifadə edirlər. Amma aparılan araşdırmalar göstərib ki, əlavələr şəklində qəbul edilən D vitamini sümüklərin qırılması hallarının azaltmır və sümük toxumalarının sıxlığını artırmır.

D vitaminini yalnız təbii halda qəbul etməklə istənilən effektə nail olmaq olar. Bunlara günəş şüaları, dəniz məhsulları, balıq yağı, göbələk və s. daxildir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью