Azpost saytından alınan məlumata görə, Icma.az bildirir. Alimlərin yeni araşdırmasına görə, orqanizmdə kifayət qədər vitamin D səviyyəsi qri
“The Telegraph”xəbər verir ki, ağır vitamin D çatışmazlığı olan şəxslər tənəffüs yolu infeksiyası səbəbindən xəstəxanaya yerləşdirilmə riski
Araşdırma Surrey, Oksford və Readinq Universitetlərinin alimləri tərəfindən aparılıb.
Tədqiqat çərçivəsində Böyük Britaniyada yaşayan 36 min yetkin şəxsin məlumatları təhlil olunaraq, orqanizmdə vitamin D səviyyəsi ilə tənəffüs yolu infeksiyalarına görə xəstəxanaya yerləşdirilmə halları arasındakı əlaqə araşdırılıb.
Mütəxəssislər bildirirlər ki, vitamin D kalsium və fosfor səviyyəsinin tənzimlənməsində mühüm rol oynayır.
Bu da sümük və əzələ sağlamlığı üçün vacibdir. Eyni zamanda, vitaminin antiviral xüsusiyyətlərə malik ola biləcəyi ehtimal olunur.
Qeyd edək ki, Böyük Britaniyada qış aylarında günəş işığının az olması səbəbindən vitamin D çatışmazlığı daha çox müşahidə olunur.
Bu səbəbdən səhiyyə işçiləri tərəfindən qış mövsümündə hamıya vitamin D əlavəsinin qəbul edilməsi tövsiyə olunur.