D vitamininin günlük dozasını almaq üçün günün altında nə qədər olmaq lazımdır?

17.11.2024

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

D vitamini orqanizmdə çox böyük rol oynayır, bir çox proseslərdə həm vitamin, həm də hormon kimi iştirak edir.

D vitamini uşaq orqanizminin normal inkişafı və raxitdən qorunması üçün lazımdır;

- immun sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir - infeksion xəstəliklərdən qoruyur, antimikrob maddələrin sintezində iştirak edir, iltihab reaksiyalarını dəf edir;

- qan təzyiqinin tənzimlənməsində iştirak edir;

- aterosklerozun inkişafının qarşısını alır;

- beyində gedən bir çox proseslərdə iştirak edir;

- qığırdaq toxumasının dağılmasının qarşısını alır;

- ürək-damar xəstəliklərinin inkişafından qoruyur;

- bədəndə metabolik prosesləri sürətləndirir;

- kalsiumun mənimsənilməsini tənzimləyir.

D vitamini (D3, xolekalsiferol) dərimizdə gün şüalarının təsirindən sintez olunur. Lakin bunun üçün saatlarla günün altında “zaqar” almağa ehtiyac yoxdur. Əksinə bu ziyanlıdır. Saglamolun.az bildirir ki, “zaqar”dan sui-istifadə dəri xərçənginin əsas səbəbi sayılır. Həmçinin dəri nə qədər çox qaralırsa, D vitamininin sintezi də bir o qədər azalır.

D vitamininin günlük dozasını almaq üçün gün şüalarının altında 10-15 dəqiqə olmaq kifayətdir.

Bu zaman bütün bədənin açıq olması da vacib deyil, üz və əllərin açıq olması yetərlidir.   

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью