D8 Zirvəsi nədir, hansı ölkələr iştirak edir?

19.12.2024

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sosial mediada gündəmi yaxından izləyən insanlar D-8 Zirvəsinin nə olduğu ilə maraqlanır. 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Prezident Ərdoğan D-8 Sammitində iştirak etmək üçün Misirə getdikdən sonra D-8 Zirvəsi və hansı ölkələrin üzv olduğu ilə bağlı məlumatlar araşdırılır.

Yaxşı, D-8 Sammiti nədir və hansı ölkələr iştirak edəcək?

D-8 Sammiti inkişaf etməkdə olan səkkiz ölkə adlanan iqtisadi əməkdaşlıq təşkilatının liderlərinin bir araya gəldiyi toplantıdır.

D-8 inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığı artırmaq və iqtisadi inkişafı təşviq etmək məqsədi ilə 15 iyun 1997-ci ildə İstanbulda yaradılmışdır.

İştirak edən ölkələr isə aşağıdakılardır:

Türkiyə

Banqladeş

Misir

Endonaziya

İran

Malaziya

Nigeriya

Pakistan

Burada əsas məqaəd ticarət həcminin artırılması, üzv ölkələr arasında əməkdaşlığı təmin etməkdir.

Sənaye, kənd təsərrüfatı, enerji, ətraf mühit, təhsil və səhiyyə kimi sahələrdə layihələrin hazırlanması da daxildir.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью