“D8də ilk dəfə genişlənmə ilə əlaqədar qərar qəbul olunub” Prezident

19.12.2024

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Bu, bizim üçün qürur mənbəyidir”.
Bizim.Media xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı rəsmi "X" hesabındakı paylaşımında yer alıb.
“Öz həmkarlarımı əmin edirəm ki, Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir”, - paylaşımda qeyd edilib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью