Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq. Əsas hədəf üzv dövlətlərin birgə tərəqqisidir Birmənalı şəkildə deyə bilərik ki, İqtis
Bu uğur, eyni zamanda, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzvlüyündən başladığı yolun məntiqi davamı sayılmalıdır.
Əslində, Azərbaycanın D-8-ə üzv qəbul olunması ilə D-9-a çevrilən İqtisadi Əməkdaşlıq Təşkilatında ölkəmizin xüsusi çəkiyə malik söz sahibi olacağı şəksizdir.
İndidən görünən odur ki, əlverişli coğrafi mövqeyə, geniş iqtisadi potensiala malik, transmilli nəqliyyat qovşaqlarının üstündə yerləşən, eləcə də Cənubi Qafqazın aparıcı dövləti statusunu qazanan Azərbaycanın G-8-ə üzvlüyü İƏT-in həm daxildə, həm də beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirəcək.
Bu müstəvidə biz Azərbaycanın İslam dünyasında həmrəyliyin möhkəmlənməsinə, İslami dəyərlərin dünyada təbliğinə və İslamofobiya ilə mübarizədə verəcəyi önəmli töhfələrin şahidi olacağıq.
Azərbaycan yeni statusunda beynəlxalq tribunalardan narahat dünyamızın problemlərini daha ötkəm səslə bəyan edəcək, qitələr və sivilizasiyalararası əməkdaşlığın və dostluğun alternativinin olmadığını isbatlayacaq.
Bakı əsas müzakirə mövzusu məhz bu dəyərlərin qorunması olduğu ən nüfuzlu beynəlxalq forum, konfrans və sammitlərə dəfələrlə evsahibliyi edib.
Buradan edilən çağırışları təkcə İslam ölkələri deyil, xristian Qərb də hələ unutmayıb.