Dabaq xəstəliyi alıcıları qorxuya saldı bazarda vəziyyət ürəkaçan deyil VİDEO | Icma.az
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Heyvanlar arasında dabaq xəstəliyi yayılması ilə bağlı məlumatlar süd və süd məshulları bazarına da təsir edib.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, əvvəllər mütəmadi süd məhsulları alanlar indi ehtiyat etdiklərini deyirlər.
Satıcılar isə satışda problem olmadığını, süd və süd məhsulları satışının davam etdiyini bildirirlər.
Satıcıların sözlərinə görə, xəstəliklə bağlı insanlar arasında qorxu olsa da, bu, məhsulların keyfiyyətsiz olması demək deyil.
Satıcılardan satdıqları məhsulların yoxlamadan keçib-keçmədiyini soruşduq.
Əksəriyyəti yoxlamadan keçirildiyini desələr də, bunu təsdiq edən heç bir sənədi təqdim edə bilmədilər.
Həkimlər isə bu xəstəliklə bağlı insanları diqqətli olmağa səsləyirlər. Çünki xəstəliyə yoluxma tez baş verir və ciddi fəsadlara səbəb olur.
Tam oxu
Xəbəri oxu