Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda dabaq xəstəliyinin sürətlə yayılması heyvanların peyvəndlənməsi məsələsini aktuallaşdırıb.
Modern.az sözügedən prosesin əhəmiyyətini nəzərə alaraq, iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı aparılan peyvəndləmə tədbirlərinə dair statistik məlumatları əldə etmək məqsədilə müvafiq qurumlara sorğu ünvanlayıb.
Kənd Təsərrüfatı Nazirliyi ünvaladığımız sorğuya cavab olaraq bildirib ki, peyvəndləmə prosesi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) səlahiyyəti daxilindədir.
Nazirlik Agentliyin əsasnaməsinin 3.0.11-1-ci maddəsinə əsasın peyvəndləmənin AQTA tərəfindən aparıldığını bildirib.
Həmin maddəyə əsasən, AQTA-nın vəzifələrindən biri xüsusi təhlükəli heyvan xəstəlikləri baş verdikdə qoruyucu karantin, xüsusi baytarlıq tədbirlərinin və digər tədbirlərin həyata keçirilməsi qaydalarını müəyyənləşdirmək, baş vermiş xəstəliyin yayılma təhlükəsi olan zonalarda qanunla müəyyən edilmiş hallarda və qaydada karantin və ya məhdudiyyət tədbirləri tətbiq etmək, heyvanların kəsilməsi və ya məhv edilməsi, heyvan mənşəli xammalın, baytarlıq preparatlarının, yem məhsullarının və yem əlavələrinin zərərsizləşdirilməsi və ya utilizasiya edilməsi haqqında icrası məcburi olan göstərişlər verməkdir.
Adınca Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanladıq.
Lakin Agentlik məsələnin Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətində olduğunu bildirib.