Dabaq xəstəliyi nədir? Yoluxucudurmu? Qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? R…
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son günlər ölkənin müxtəlif bölgələrində mal-qarada dabaq xəstəliyinin sürətlə yayılması və kütləvi tələfat halları müşahidə olunur.
Bir neçə gün öncə Xaçmazda mal-qara arasında dabaq xəstəliyin yayılması ilə bağlı mətbuatda xəbərlər gedib.
Bildirilib ki, rayon ərazisində bununla bağlı ət kəsimi məntəqələrinə ciddi nəzarət edilir, ayrı-ayrı kəndlərdə karantin qoyulduğu barədə məlumatlar yayılıb.Dabaq xəstəliyi nədir?Dabaq xəstəliyi heyvanlar arasında bu virus necə və niyə yayılır?Dabaq xəstəliyinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Məsələ ilə bağlı Bizimyol.info portalına açıqlama verən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi vəzifəsini icra edən Yusif İbrahimov bildirib ki, heyvanlar arasında yayılan bu virus torpaq və peyində həftələrlə aktiv qala bilir: “Dabaq yolxucu virus xəstəliyidir bütün cütdırnaqlı heyvanlarda, əsasən iri və xırdabuynuzlu heyvanlarda rast gəlinir.
Virus ağız boşluğunda, məmə uclarında və dırnaqlar arasında ağrılı yaralar yaradır, yüksək hərarət və məhsuldarlığın kəskin azalması ilə müşayiət olunur.
Yoluxma əsasən xəstə heyvanla birbaşa təmas, virusla çirklənmiş yem-su, invertar, personalın geyimləri və hava-damcı yolu ilə mümkündür.
Virus torpaq və peyində həftələrlə aktiv qala bilir. Dabaq xəstəliyi respublikamız üçün endemik xəstəlikdir.
Tam oxu
Xəbəri oxu