Dabaq xəstəliyi yeməklə insana keçə bilər? Rəsmi | Icma.az
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
“Dabaq virus mənşəli yüksək kontagioz iti gedişli infeksion xəstəlik olub xüsusən də cütdırnaqlı heyvanlarda bədən temperaturunun yüksəlməsi, ağız boşluğu selikli qişasının, yelin və ətrafların aftalı zədələnmələri ilə səciyyələnir”.
Globalinfo.az bildirir ki, bunu “Qafqazinfo”ya Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev deyib.
Onun sözlərinə görə, dabaq virusunun 7 tipi və 60-dan artıq alt tipi var: “Dabaq xəstəliyinə yoluxmuş heyvanlar digər sağlam heyvanlardan təcrid edilməlidir.
Orqanizmin rezistentliyi yüksək olan heyvanlarda xəstəlik özünü yüngül formada büruzə verir, orqanizmin rezistentliyi aşağı olan heyvanlarda isə xəstəlik bir qədər ağır formada biruzə verir.
Bu zaman ağız boşluğu, dırnaq nahiyəsi və yelində aftalar əmələ gəlir.
Xəstəliyin spesifik müalicə vasitəsi olmadığı üçün heyvanlarda simtomatik müalicə vasitələrindən və vitamin-mineral komplekslərindən istifadə edilir.
Dabaq xəstəliyinə yoluxmuş heyvanlarda zədələnmiş sahələr 7-8 gün sonra bərpa olunur və 2 həftə ərzində xəstə heyvanlar sağalır.
Tam oxu
Xəbəri oxu