Dabaq xəstəliyinə qarşı milyonlarla doza peyvənd ALINACAQ

18.05.2026

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi heyvanlarda dabaq xəstəliyinə qarşı peyvənd vasitələri alacaq.

BAKU.WS-in əldə etdiyi məlumatına görə, iribuynuzlu heyvanların dabaq xəstəliyinin bir neçə növünə - O, Asiya-1, SAT-1 və SAT-2 serotiplərinə qarşı istifadə olunan peyvəndlərin alınması planlaşdırılır.

Satınalma çərçivəsində 5 milyon 382 min doza peyvəndin alınması nəzərdə tutulur. Layihənin ehtimal olunan dəyəri 6 milyon 700 min 590 manat təşkil edir.

Vaksinlər beynəlxalq baytarlıq standartlarına cavab verəcək və tətbiqdən sonra ən azı 6 ay immunitet yaradacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью