“Dabaqlı heyvanın ətini yemişəm, heç nə olmayıb” Bazardan REPORTAJ | Icma.az
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Təsərrüfat heyvanları arasında dabaq xəstəliyinə yoluxma halları əhali arasında müəyyən təlaş yaradıb.
Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Xidmətlər Agentliyi infeksiyanın insan həyatı üçün ciddi təhlükə yaratmadığını bildirsə də, alıcılar ət mağazaları və kəsim yerlərindən gen gəzir.
“Yeni Sabah”ın əməkdaşı olaraq, ət bazarındakı vəziyyəti yerindəcə öyrənmək üçün 3-cü mikrorayon dairəsinin yaxınlığında fəaliyyət göstərən məşhur “Keşlə” bazarına üz tutdum.
Bəlkə də “Keşlə” sözü bir çoxunu təəccübləndirəcək: “3” hara, Keşlə bazarı hara?” Amma fakt budur ki, hazırda sökülən köhnə bazar özünə yeni ünvan tapıb.
“Dabaqdən ölən ya da yaralanan görməmişəm” Səhər saatları olmasına baxmayaraq, bazarda, xüsusən də ət piştaxtalarının qarşısında xeyli adam müşahidə olunurdu.
İlk mağazada Fazil adlı qəssabla söhbətə başlayan kimi dedi ki, illərdir ət kəsimi və satışı ilə məşğul olur, bişmiş ətdən insana dabaq yoluxması mümkün deyil: “Vallah, oğlum, dabaq xəstəliyinə yoluxan heyvan çox görmüşəm.
Həm inək, həm də qoyun-quzu. O vaxt rayon yerində kim bilirdi ət analizi nədir, infeksiya nədir?! Kəsirdik də, yeyirdik də.
Tam oxu
Xəbəri oxu