Dadaşov 86 dəqiqə oynadı, Məmmədov isə iştirak ərizəsinə daxil edilmədi

15.03.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan millisinin futbolçuları Rahil Məmmədov və Renat Dadaşovun çıxış etdiyi “Radomyak” Polşa çempionatının 25-ci turunda doğma meydanda "Lexiya"nı qəbul edib.

Sportal.az xəbər verir ki, bu matçda meydana start heyətində çıxan Renat Dadaşov 86-cı dəqiqədə əvəzlənib. Rahil Məmmədovadın adı isə iştirak ərizəsinə salınmayıb. Görüş “Radomyak”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Dadaşov Polşa klubunun heyətində 2 qol vurub. Bu matçdan sonra "Radomyak" ölkə çempionatında 31 xalla 12-ci sırada yer alıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью