Dadaşov Almaniya klubu ilə müqaviləni uzatdı

29.05.2025

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov klubu “BFC Dinamo” ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 33 yaşlı hücumçunun sözləşməsi 2027-ci ilin yayına kimi artırılıb.

“BFC Dinamo” Almaniya Regional Liqasında mübarizə aparır. Dadaşov 2023-cü ilin yayından bu klubda çıxış edir. Forvard komandada 58 oyunda 28 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью