Dadaşov komandasına qələbə qazandıra bilmədi

06.12.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

Almaniyanın Şimal-Şərq Regional Liqasında 18-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi Berlin "Dinamo"su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv öz meydanında "Halleşer" ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Rüfət meydana matçın 71-ci dəqiqəsində, hər iki qol vurulandan sonra çıxıb.

Qeyd edək ki, hazırda 17 xalı olan "Dinamo" turnir cədvəlinin 13-cü pilləsində mövqe tutub.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью