Dadaşov: “Məqsədimiz birinci olmaqdır”

24.09.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan millisi yoldaşlıq oyununda Tacikistana qalib gəldi – 1:0.

Matçdan sonra hücumçu Renat Dadaşov “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Oyunu necə şərh edərdin?
– Qələbə qazandıq. Bizim üçün önəmli olan bu idi.

– Qarşıdan Litva ilə oyun gəlir. Bu rəqib Tacikistandan fərqlənir və daha güclüdür.
– Səfərə yollanacağıq. Matça yaxşı hazırlaşıb, istədiyimiz nəticəni əldə etməyə çalışacağıq.

– Millətlər Liqasında hədəf nədir?
– Məqsədimiz birinci olmaqdır. Yalnız bunu düşünürük. Hər oyunda yaxşı oynamaq və müsbət nəticə əldə etmək istəyirik.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью