Dadaşov oynadı, komandası qələbə qazandı

11.05.2025

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

Polşada Ekstraklasa çempionatının 32-ci turu çərçivəsində bir sıra oyunlar keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin futbolçuları Renat Dadaşov və Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" klubu evdə "Poqon"u 2:0 hesabı ilə məğlub edib.

Dadaşov start heyətində meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib. Məmmədov isə yenə bu oyunun iştirak ərizəsinə daxil edilməyib.

Hazırda "Radomyak" 40 xalla turnir cədvəlində 12-ci yerdə qərarlaşıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью