Dadaşov virusa yoluxdu, komandası uduzdu

06.10.2026

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşovun formasını geyindiyi "Dinamo" Berlin Kubokunun 3-cü mərhələsində mübarizəni dayandırıb. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi "Tennis Borussiya"ya oyunsonrası penaltilərlə məğlub olub.

Komandanın kapitanı olan Dadaşov bu görüşdə iştirak etməyib. Buna səbəb 35 yaşlı hücumçunun virusa yoluxmasıdır. Bunu komandanın baş məşqçisi Sven Körner də gizlətməyib: "Rüfət yataqda qalmalı idi. Sağalana qədər səhhətinə fikir verməlidir. Tezliklə komandamıza qoşulmasını istəyirik".

Qeyd edək ki, Rüfət Dadaşov bu mövsüm Regionalliqada 7 qol vurub və hazırda "Dinamo"nun ən məhsuldar futbolçusudur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью