Dadaşovun asisti komandasını məğlubiyyətdən xilas edə bilmədi

13.04.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

Polşada futbol üzrə Ekstraklasa çempionatının 28-ci turu keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycanlı hücumçu Renat Dadaşovun çıxış etdiyi “Radomyak” səfərdə “Rakov”a 1:2 hesabı ilə məğlub olub. Oyuna start heyətində başlayan Dadaşov komandasının yeganə qolunda məhsuldar ötürmə ilə yadda qalıb. 

Renat matçın 76-cı dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, hazırda “Radomyak” 34 xalla turnir cədvəlində 13-cü yerdə qərarlaşıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью