Dadaşovun komandası uduzdu

26.01.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Futbol üzrə Türkiyə 1-ci Liqasında XXI turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” doğma meydanda “Erzurumspor”u qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Dadaşov da bu görüşün iştirakçısı olub. 25 yaşlı forvard oyuna start heyətində başlayıb. O, 69-cu dəqiqədə əvəzlənib.

21 turdan sonra aktivində 30 xal olan “Ankaragücü” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью