Dadaşovun komandasından heç heçə

28.04.2025

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

Polşada Ekstraklassa-nın 30-cu turu çərçivəsində bir sıra oyunlar keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin futbolçuları Renat Dadaşov və Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" doğma meydanda "Lex" komandasını qəbul edib. Qarşılaşma məhsuldar heç-heçə ilə başa çatıb – 2:2. Dadaşov start heyətində meydana çıxıb və komandası 0:2 hesabı ilə geridə olarkən 65-ci dəqiqədə əvəzlənib. Məmmədov isə bu oyunun iştirak ərizəsinə daxil edilməyib.

Hazırda "Radomyak" 36 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью