Dadaşovun qolu komandasına qələbə qazandırıb

10.05.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

Almaniyada Şimal-Şərq Regional Liqasının 33-cü turu start götürüb. Sport24.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun çıxış etdiyi Berlin "Dinamo"su səfərdə "Herta"nın ikinci komandası ilə qarşılaşıb.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Dadaşov bu görüşdə həlledici qolun müəllifi olub. O, komandasının ikinci qolunu 56-cı dəqiqədə penalti zərbəsi ilə vurub.

Qeyd edək ki, hazırda "Dinamo" 48 xalla turnir cədvəlində 8-ci yerdə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью