“Dadını çıxarın, son rəqsidir” Bacısından maraqlı açıqlama

03.07.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldonun 2026-cı il dünya çempionatından sonra milli komandadakı karyerasını başa vuracağı iddia edilir.

“Qafqazinfo” “Bein sports”a istinadən xəbər verir ki, bu barədə futbolçunun bacısı Katia Aveiro açıqlama verib.

O, Portuqaliyanın mundialdakı oyunu öncəsi jurnalistlərə bildirib ki, turnir Ronaldonun milli komandadakı “son rəqsi” olacaq:

“Onunla bağlı bu anların dadını çıxarın. Əldə etdiyim məlumata görə, bu, onun son rəqsidir”.

Buna baxmayaraq, Kriştiano Ronaldo özü hələ ki, milli karyerasını başa vuracağını rəsmi şəkildə təsdiqləməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью