“Daewoo” yol kənarındakı maşınlara çırpıldı Ölən var

27.07.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunda qeydə alınıb.

Belə ki, Ağsu istiqamətindən hərəkət edən Əlismayıl İsmayıl oğlu Nəbiyevin idarə etdiyi “Daewoo Nexia” markalı avtomobil yol kənarında dayanmış 2 ədəd “Vaz 2106” markalı avtomobilə çırpılıb.

Nəticədə həmin avtomobillərin birində olan sərnişin Kamran Nadir oğlu Məmmədov ağır xəsarətlər alıb. O, xəstəxanaya aparılarkən vəfat edib.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi başlanılaraq istintaq aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью