Dağ velosipedi üzrə ölkə kubokunun üçüncü mərhələsi baş tutub

12.10.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Gənclər və İdman Nazirıiyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) 2026-cı il üçün təsdiq edilmiş təqvim planına əsasən, dağ velosipedi (MTB) üzrə ölkə kubokunun 3-cü mərhələsi keçirilib.

Bu barədə XQ-yə AVİF-dən məlumat verilib.

Dağ Velosipedi Parkında təşkil olunan yarışda 30-dan artıq idmançı mübarizə aparıb.

Elit, U-23 və gənc oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin (ROEQİUGVM) təmsilçiləri fərqləniblər. Mirmövsüm Cəbrayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kamal İsmayılov 2-ci, Kənan Eyvazov isə 3-cü yeri tutub.

U-17 kateqoriyasında Əli Zeynalzadə, Toğrul Məmmədli və Kənan Eyvazov (hamısı ROEQİUGVM) müvafiq olaraq ilk 3 pillədə qərarlaşıblar.

U-15 yaş kateqoriyasında da ROEQİUGVM idmançıları hamıdan güclü olublar. Məhəmmədəli Ağazadə qızıl, Mirəli Miryəhyayev gümüş, Kamran Abdullayev isə bürünc medala layiq görülüb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью