“Dağçılıq və Təbiət Turniri Qrız 2026” uğurla başa çatıb

08.07.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə 4-5 iyul 2026-cı il tarixlərində Quba rayonunun Qrız kəndində “Dağçılıq və Təbiət Turniri – Qrız 2026” keçirilib.

Turnirin ilk günü təbii qayalar üzərində boulderinq yarışı təşkil olunub. Yarış 10-13 yaş, 13-16 yaş və 16 yaşdan yuxarı olmaqla üç yaş kateqoriyası üzrə baş tutub. İdmançılar müxtəlif çətinlik dərəcəsinə malik marşrutlarda güc, texnika və çevikliklərini nümayiş etdiriblər. Eyni zamanda, iştirakçılar üçün dağlarda təhlükəsizlik qaydaları, dağçılıq avadanlıqlarından düzgün istifadə, sığortalanma üsulları və fövqəladə hallarda davranış qaydalarına dair nəzəri və praktiki təlimlər, eləcə də master-klasslar keçirilib.

Turnirin 2-ci günü iştirakçılar Qrız kəndindən Qur-Qur şəlaləsi istiqamətində dağ yürüşündə qüvvələrini nümayiş etdiriblər. Yürüş zamanı onlar dağ şəraitində təhlükəsiz hərəkət, marşrutun düzgün seçilməsi və keçilməsi, eləcə də komanda işi üzrə əldə etdikləri bilikləri praktiki şəkildə tətbiq ediblər. 

Yürüşdən sonra idman dırmanmasının çətinlik növü üzrə yarış keçirilib.

Ümumilikdə yarışlar boulderinq üzrə 9 marşrut, çətinlik növü üzrə isə 5 marşrut əsasında təşkil olunub.

Turnirin yekununda qaliblər diplomlarla təltif olunublar.

Azərbaycan Alpinizm Federasiyası ölkədə dağçılıq və idman dırmanmasının inkişafı, təhlükəsiz dağçılıq mədəniyyətinin təbliği və sağlam həyat tərzinin təşviqi istiqamətində fəaliyyətini davam etdirir.
Qabil YUSİFOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью