Статья не опубликована
Dağda ölən ovçunun meyiti ailəsinə təhvil verildi | Icma.az

Dağda ölən ovçunun meyiti ailəsinə təhvil verildi

25.01.2025

Aznews.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Zaqatalada ehtiyatsızlıqdan ölən şəxsin meyiti dağlıq ərazidən endirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Axaxdərə kənd sakini, 1993-cü il təvəllüdlü Hüseyn Məmmədovun dağlıq ərazidə qalan meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 32 yaşlı H. Məmmədov dağlıq ərazidə yıxılıb və ehtiyatsızlıqdan üzərində daşıdığı ov tüfəngindən açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölüb.

Xatırladaq ki, o, Vətən Müharibəsi qazisi olub, 2 övladı var.

AzNews.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью