Dağdan sarımsaq dərdilər, 3 milyonluq cərimə edildilər

09.09.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin Tunceli vilayətində təbiətdən icazəsiz şəkildə endemik dağ sarımsağı (Allium tuncelianum) dərən 3 nəfər müəyyən edilərək ümumilikdə 2 milyon 97 min 735 lirə inzibati cərimələnib.
Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, Doğa Qoruma və Milli Parklar (DKMP) əməkdaşlarının keçirdiyi yoxlamalar zamanı qoruma altında olan bitkini təbii mühitdən qanunsuz şəkildə çıxaran şəxslər aşkarlanıb.
Onlardan götürülən sarımsaqlar əməkdaşlar tərəfindən müsadirə edilib.
Müsadirə edilən bitkilər daha sonra yenidən torpağa əkilərək təbii yaşayış arealına qaytarılmağa çalışılıb.
Elmi adı Allium tuncelianum olan Tunceli dağ sarımsağı bölgənin mühüm endemik bitki növlərindən biridir. Dünyada təbii şəkildə yalnız Tuncelidə yetişdiyi bildirilən bu bitkinin əsasən Munzur dağlarının ətəklərində yayıldığı qeyd olunur.
Tunceli dağ sarımsağı Türkiyə Bitkiləri Qırmızı Kitabında "həssas" (VU) kateqoriyasında qiymətləndirilir. Mütəxəssislər bitkinin təbii mühitindən nəzarətsiz şəkildə sökülməsinin, xüsusilə çoxalma dövründə, təbii populyasiyalar üçün ciddi risk yaratdığını bildirirlər.
Bölgədə endemik bitki növlərinin qorunması məqsədilə nəzarət tədbirlərinin davam etdiriləcəyi açıqlanıb. (Sonxeber.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью