Dağıntılar altından 3 nəfər çıxarılıb

03.12.2024

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bildiyimiz kimi 06:42 dəqiqədə Nazirliyin böhran vəziyyətlərdə xilasetmə məqsədilə 112 mərkəzinə daxil olmuş məlumata əsasən Sumqayıt şəhərində, 9-cu mikrorayonda, Üzeyir Hacıbəyov küçəsində, 19-cu binada baş vermiş partlayış hadisəsi ilə bağlı Sumqayıt Regional Mərkəzinin operativ məlumat xidməti təcili hadisə yerinə cəlb olunmuş, eyni zamanda Nazirliyin xüsusi xilasetmə xidmətinin və dövlət mühafizə xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunmuşdur". SİA xəbər verir ki, bu sözləri Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Fətullayev deyib.

Onun sözlərinə görə, bu saata olan məlumata əsasən dağıntılar altından tərəfimizdən 3 nəfər xəsarət alan şəxs çıxarılıb, təhvil verilməsi təmin edilmişdir: "Hal-hazırda axtarış-xilasetmə işləri davam etdirilir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью