Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yunanıstanın paytaxtı Afinanın tarixi Plaka səmtində baş verən partlayış nəticəsində tamamilə dağılan binanın altından 4 nəfərin meyiti çıxarılıb.
"Cebheinfo.az" xəbər verir ki, Yunanıstan Dövlət Televiziyası ERT-nin məlumatına görə, xilasedicilər dağıntılar altında qalan şəxslərin axtarışını davam etdirir.
Bildirilib ki, həlak olanlardan biri ailəsi ilə birlikdə Afinaya istirahətə gələn və qısamüddətli kirayə mənzildə qalan ABŞ vətəndaşıdır.
Hazırda itkin düşən daha 2 nəfərin tapılması üçün axtarış-xilasetmə əməliyyatı davam edir. Partlayışın başvermə səbəbi isə hələlik müəyyən edilməyib.
Hadisə nəticədəsində iki qonşu tikiliyə də ciddi ziyan dəyib. Hadisə zamanı avtomobili ilə ərazidən keçən bir nəfər yüngül xəsarət alıb, yan binada qalan iki qadın isə yanğınsöndürənlər tərəfindən xilas edilib.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin