Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Qəzza zolağında dağıntılar altında qalan cəsədlər, təmizlənməmiş ərazilər siçovullar və digər gəmiricilərin sayının kəskin artmasına gətirib çıxarıb.
“Cebheinfo.az” "Financial Times"-a istinadən xəbər verir ki, gəmiricilər dağıntılar arasında qalan qalıqlarla qidalanır və bu səbəbdən daha geniş ərazilərə yayılıblar. Onların sözlərinə görə, siçovullar hətta çadırlara daxil olur, əşyaları zədələyir və gündəlik həyatı çətinləşdirir.
BMT-nin uşaq fondu UNICEF-in nümayəndəsi Salim Oveis isə bildirib ki, dağıntıların təmizlənməsi üçün lazımi texnika əraziyə daxil edilmir və tullantıların idarə olunması ciddi problem olaraq qalır. Bu da həm sanitariya vəziyyətini, həm də xəstəliklərin yayılma riskini artırır.
Digər sakinlər isə bildirirlər ki, siçovulların xüsusilə kanalizasiya sisteminin işləməməsi və zibillərin düzgün idarə olunmaması səbəbindən çoxaldığını deyirlər. İnsanlar məcburən müvəqqəti zibil quyularından istifadə etdikləri üçün bu da əlavə antisanitar mühit yaradır.
Məlumatlara görə, dağıntılar altında minlərlə cəsədin qalması ehtimalı vəziyyəti daha da ağırlaşdırır və həm gəmiricilərin, həm də digər həşəratların çoxalmasına şərait yaradır. Bu isə bölgədə infeksiyaların yayılması riskini artırır.
Qeyd edək ki, səlahiyyətli qurumlar vəziyyətin nəzarətdən çıxdığını və lazımi resursların çatışmadığını bildirirlər.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin