Dağıstan TIR ı Masallıda aşdı, yol bağlandı Video

31.03.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Masallı rayonu ərazisində ağırtonnajlı yük avtomobilinin aşması nəticəsində Ələt-Astara magistralında nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Masallı rayonuna aid hissəsində baş verib. Rusiya Federasiyasına tərəvəz daşıyan və Dağıstan Respublikasına məxsus TIR Bakı istiqamətinə hərəkət edərkən aşıb.

Nəticədə həmin istiqamətdə yolun hərəkət hissəsində nəqliyyatın axınında problemlər yaranıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib və yük avtomobilinin yoldan götürülməsi istiqamətində işlər aparılır.

Polis əməkdaşları sürücüləri alternativ yollara yönləndirir.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью