Dağıstan və Çeçenistanda teleqram messenceri bloklandı

08.03.2025

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Dağıstan və Çeçenistanda teleqram messencerinin fəaliyyəti hüquq-mühafizə orqanlarının tələbi ilə bloklanıb.

Teleqraf xəbər verir ki, bu barədə Dağıstanın rəqəmsal inkişaf naziri Yuri Qamzatov jurnalistlərə açıqlamasında bildirib.

"Teleqramın Şimali Qafqaz Federal Dairəsinin iki regionunda - Çeçenistan və Dağıstanda bloklanması ilə bağlı qərar federal səviyyədə hüquq-mühafizə orqanlarının təklifi əsasında qəbul edilib. Bundan düşmənlər tez-tez istifadə edirlər, buna misal olaraq Mahaçqala hava limanında baş verən iğtişaşları göstərmək olar. Ola bilsin ki, gələcəkdə teleqramın bloku açılsın", - o deyib.

Qəmzətov bloklanmış messencerin analoqlarından istifadə etməyi tövsiyə edib: "Hələlik yaxşı analoqlar var, məsələn, VK".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью