Dağıstanda 19 cu əsrdə körpünün uçmasından sonra araşdırmalara başlanılıb

23.05.2025

Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.

Dağıstanda Kunki kəndində 19-cu əsrə aid uçmuş körpü ilə bağlı cinayət işi açılıb, İstintaq Komitəsi məlumat yayıb. Agentliyin press-relizində keçidin səhlənkarlıq ucbatından uçduğu bildirilir.

İstintaq hesab edir ki, 2017-2025-ci illər arasında məmurlar fövqəladə xilasetmə işlərinin aparılması və mədəni irs obyektinin təmiri üçün tədbirlər görməyib.

“2025-ci il mayın 18-də körpünün çiyninin bir hissəsi uçdu və bu, nəqliyyat vasitələrinin və kənd sakinlərinin hərəkətini məhdudlaşdırdı”, – İstintaq Komitəsi bildirir.

Hazırda cinayəti törədən şəxslərin kimliyi müəyyənləşdirilir.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью