Dağıstanda 30 dan çox şəxs içməli sudan zəhərlənib

04.04.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dağıstanın Kaspiysk şəhərində kütləvi zəhərlənmə halı qeydə alınıb.

TASS xəbər verir ki, bu barədə Dağıstan üzrə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, 30-dan çox şəxs zəhərlənmə əlamətləri ilə tibb müəssisələrinə müraciət edib.
İlkin ehtimala əsasən, onların vəziyyətinin pisləşməsi içməli sudan istifadə ilə bağlıdır.

Hazırda hadisənin bütün halları, eləcə də səbəbləri araşdırılır. Araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью