Dağıstanda atışmada 3 nəfər yaralanıb

02.10.2025

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dağıstanın Untsukul kəndində atışma nəticəsində 3 nəfər yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-a rayon administrasiyası məlumat verib.

"Atışma olub. İlkin məlumata görə, üç nəfər xəsarət alıb", - agentliyin mənbəsi bildirib.

Rayon xəstəxanasından verilən məlumata görə, xəsarət alanların hamısı tibb müəssisəsinə çatdırılıb. Onların arasında yalnız böyüklər var; uşaqlar yoxdur. Xəstəxanadan bildirilib ki, yaralıların səhhəti ilə bağlı fikir söyləmək hələ tezdir.

"Xəsarət alanların həyatı təhlükədə deyil, onlar həkim nəzarətindədirlər", - rayon administrasiyasından bildiriblər.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью