Dağıstanda atlar palçıq "tələ"sinə düşdü VİDEO

13.12.2024

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.

Dağıstanın Tsuntinski rayonunda 5 at gil çuxuruna düşərək orada qalıb.

Bakupost.az xəbər verir ki, bununla bağlı görüntülər Shot Telegram kanalında yayımlanıb.

Məlumata görə, heyvanlara kömək etmək istəyənlərə qar və güclü külək mane olur. Atlar çıxmağa çalışır, lakin palçıq onları sanki qum kimi udur.

Yerli sakinlərin sözlərinə görə, atlardan biri artıq ölüb.

Hələ ki, sağ qalan atları xilas etməyin mümkün olub-olmayacağı bəlli deyil.

Lalə Novruz, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью