Dağıstanda böyük terror aktı törətmək istəyən 12 nəfər saxlanıldı

08.12.2024

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları Dağıstanda böyük terror aktı törətməyi planlaşdıran gizli hücrənin 12 üzvünü saxlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd olunub ki, FTX-nin Dağıstan Respublikası üzrə idarəsinin əməkdaşlarının Dağıstanın Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyada fəaliyyəti qadağan edilmiş terror təşkilatının gizli hücrəsinin iri terror aktı törətməyi planlaşdıran 12 üzvü saxlanılıb.

Əməliyyatın təfərrüatları açıqlanmayıb.
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью