Dağıstanda daha bir yanacaqdoldurma məntəqəsində yanğın baş verib

02.12.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Dağıstanın Mahaçqala şəhərində daha bir yanacaqdoldurma məntəqəsi yanıb.

Oxu.Az xəbər verir ki, bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, yanğın 20 kv.m ərazini əhatə edib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, əvvəlcə avtomobil yanıb, daha sonra yanğın yanacaqdoldurma məntəqəsinə keçib.

Xatırladaq ki, sentyabrın 27-də Mahaçqala şəhərinin Novı Xuşet kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində iki partlayış və sonra yanğın baş vermişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью