Dağıstanda güclü yanğın nəticəsində 7 evə və məktəb binasına ziyan dəyib

19.11.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 19 noyabr, AZƏRTAC

Rusiya Federasiyasının Dağıstan Respublikasının Tsuntinski rayonunda baş verən yanğın nəticəsində yeddi evə və bir məktəb binasına ziyan dəyib.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə Dağıstan rəhbəri Fyodor Şukin məlumat verib. Bildirilib ki, yanğın Hebatlı kəndində baş verib. Ərazinin relyefi səbəbindən alovun yaxınlıqdakı tikililərə yayılma təhlükəsi yaranıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edilib ki, yanğının səbəbləri araşdırılır. Zərər çəkmiş evlərin sahiblərinə təcili dəstək göstəriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью