Dağıstanda məktəb ərazisində atışma: Yaralananlar var

02.10.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dağıstanın Untsukul kəndində məktəb ərazisində atışma baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurum atışmanın təhsil müəssisəsi ilə əlaqəli olmadığını vurğulayıb.

"Ərazidə altı yetkinlik yaşına çatmış şəxs arasında münaqişə baş verib və bu zaman travmatik silahdan istifadə edilib. Hadisə nəticəsində üç nəfər yaralanıb".

KİV-də yayılan məlumatlara görə, yaralılardan birinin vəziyyəti ağırdır.

Baş verənlərlə bağlı yoxlamalara başlanılıb.

Qeyd edək ki, bəzi yerli media orqanlarında atışmanın məktəbdə olduğu və bir yeniyetmə tərəfindən həyata keçirildiyi barədə xəbər yayılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью