Dağıstanda qar uçqunu 14 yaşayış məntəqəsini avtomobillərin hərəkətini kəsib

21.02.2025

Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq.

Dağıstanda Tlyarata-Kamelyux avtomobil yolunun 18-ci km-də qar uçqunu nəticəsində 14 yaşayış məntəqəsi yol əlaqəsi olmadan qalıb.

“Göstərilən marşrut üzrə hərəkət etməməyinizi və alternativ yollar seçməyinizi xahiş edirik”, – deyə rayon Dövlət Yol Müfəttişliyindən bildirilib.

Bundan əvvəl Qaraçay-Çərkəzdə qar uçqunu nəticəsində ölən iki turistin cəsədi tapılmışdı.

Daha sonra Stavropol diyarının fövqəladə xilasetmə xidməti Qaraçay-Çərkəzdə bir xilasedicinin qar uçqunu nəticəsində öldüyünü bildirib.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью