Dağıstanda qaz kəməri partladı VİDEO

09.06.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dağıstanın Kizilyurt şəhərində magistral qaz kəmərində üç partlayış baş verib.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə Dağıstan üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
İlkin məlumata görə, diametri 1200 millimetr olan magistral qaz kəmərində üç partlayış baş verib.
FHN-in regional idarəsin qeyd edir ki, qaz kəmərinin partlaması yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.
 

“Hadisə yerində yanğın müşahidə olunur, qaz yüksək təzyiqlə çıxmağa davam edir”, - deyə məlumatda vurğulanır. Yanğın zamanı məşəltipli alovun hündürlüyü 15 metrə çatıb.


Hadisədən sonra Kizilyurtdan keçən qaz kəmərinin fəaliyyəti dayandırılıb və kəmər bağlanıb.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью