Dağıstanda sel yolları dağıdıb, avtomobilləri aparıb

11.08.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Dağıstan Respublikasının Untsukulsk rayonunda güclü yağış selə səbəb olub.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, palçıqlı su axınları yolları dağıdıb, onlarla avtomobili aparıb.

Regionun Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, güclü yağış respublika magistralının 4 hissəsinə ziyan vurub. Gimri tuneli də daxil olmaqla nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanıb.

Hazırda on səkkiz yaşayış məntəqəsi enerjisiz qalıb. İlkin məlumata görə, xəsarət alan yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью