Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Dağıstanda hüquq mühafizə orqanları əməkdaşları ilə döyüşçü olduqları güman edilən şəxslər arasında silahlı toqquşma baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Bölgənin hüquq mühafizə orqanları insidentin Qarabudağkənd rayonunun ərazisində baş verdiyini bildirib.
Qeyd edilib ki, iki naməlum şəxs polis əməkdaşlarını odlu silahdan atəşə tutub. Polis əməkdaşları cavab atəşi açaraq, həmin şəxsləri zərərsizləşdiriblər.
Hazırda şübhəlilərin şəxsiyyəti və hadisənin təfərrüatları müəyyənləşdirilir. Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.