Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Dağıstanın Maqaramkent rayonunda sudan zəhərlənənlərin sayı 302 nəfərə çatıb.
“Qafqazinfo” “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Dağıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, zəhərlənənlərdən 294-ü uşaqdır.
Hazırda 93 xəstə stasionar müalicə alır. Xəstələrin vəziyyətinin ciddi olmadığı bildirilib.
Qeyd edək ki, iyulun 8-i Dağıstanda sudan kütləvi zəhərlənmə baş verib. Hadisə zamanı ilkin olaraq 110 nəfər xəstəxanaya yerləşdirilmişdi.