Dağıstanda terror aktı planlaşdıran 5 nəfər saxlanılıb

03.10.2025

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dağıstanda hüquq-mühafizə orqanlarına qarşı terror aktı planlaşdıran 5 sakin saxlanılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Qayana Qariyeva "Telegram" kanalında məlumat verib.

“Dağıstan Daxili İşlər Nazirliyinin Ekstremizmə Qarşı Mübarizə Mərkəzinin əməkdaşları Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə İdarəsi ilə birlikdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror aktı törətmək niyyətində olan 5 respublika sakinini saxlayıblar”, - deyə məlumatda qeyd edilir.

Rusiya Federasiyası İstintaq Komitəsinin Dağıstan üzrə İstintaq İdarəsi Rusiya Cinayət Məcəlləsinin 317-ci maddəsinin 1-ci hissəsi (hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd) və 223.1-ci maddəsinin 2-ci hissəsi (partlayıcı maddələrin hazırlanması) ilə cinayət işi açıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью